Geri

01 dekabr 2010-cu il, saat 17:45-dək

Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90kv.m olan talvarın yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 16:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

01 dekabr 2010-cu il, saat 09:00-dək

Qəbələ rayonu, Zarağan kəndində (rayon mərkəzindən 12km aralı) ümumi sahəsi 50kv.m olan talvarın altına yığılmış yataq dəsti 9kv.m sahədə yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, 9-cu qəsəbədə ümumi sahəsi 70kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Qayakənd kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Qazaxlar kəndində (rayon mərkəzindən 37km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həmin tövlənin çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Bıçaqçı kəndində (rayon mərkəzindən 40km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan tövlənin yanar konstruksiyaları və 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Üçgün kəndində (rayon mərkəzindən 40km aralı) Üçgün Kənd Bələdiyyəsinə məxsus meşə zolağının ərazisində 3ha sahədə xəzəl və kol-kos yanmışdır. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Kotanax kəndində (rayon mərkəzindən 16km aralı) ümumi sahəsi 130kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 41kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 25kv.m sahədə yanmışdır. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 12km aralı) ümumi sahəsi 150kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 130kv.m sahədə yanmışdır. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.