Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 328kv.m. olan kafel-metlax qurutma sexinin yanar konstruksiyaları 15kv.m sahədə yanmışdır. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülümşdür;
Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2 mərtəbəsində ümumi sahəsi 70kv.m olan 2 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 55kv.m sahədə yanmış, hadisə zamanı həmin mənzildə olan 1 nəfər yanıq xəsarətləri almış, həmçinin, qeyd olunan mənzilə bitişik yerləşən digər mənzilin yanar konstruksiyaları 1kv.m sahədə yanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.