Geri

09 oktyabr 2010-cu il, saat 09:00-dək

İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 52kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 22kv.m sahədə yanmışdır. Yanğın saat 11:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Qaranur kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:44-də başa çatmışdır;

Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 9 oktyabr 2010-cu il tarixində yerli vaxtla saat 01:58-də Masallı rayonundan 12 kilometr cənub-qərbdə 12 ballıq cədvəl üzrə episentrdə 3,0 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Masallı şəhərində 2,5 bal gücündə hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır.