Geri

08 oktyabr 2010-cu il, saat 09:00-dək

İsmayıllı şəhərində İsmayıllı rayon Paylayıcı Elektrik Şəbəkəsinə məxsus elektrik dirəyi yanmışdır. Yanğın saat 12:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Xocavənd kəndində (rayon mərkəzindən 10km aralı) hazırda istifadə olunmayan ümumi sahəsi 90kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 25kv.m sahədə yanmışdır. Yanğın saat 16:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 25kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı tikililər və neft quyusu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində ümumi sahəsi 120kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 8kv.m sahədə yanmışdır. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaz sobasının bacasının həddən artıq qızması səbəb olmuşdur;

Lənkəran rayonu, Velədi kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus ümumi sahəsi 16kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan mallar tamamilə yanmışdır. Həmin mağazaya bitişik tikilmiş fərdi ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.