Geri

07 oktyabr 2010-cu il, saat 09:00-dək

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240kv.m olan birmərtəbəli 5 otaqlı evdə partlayış hadisəsi baş vermişdir. Yanğın olmamışdır. Nəticədə, 1 otağın tavanı 32kv.m sahədə dağılmış, 2 otağın pəncərələri sınmış, hadisə zamanı evdə olan 3 nəfər yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.