Geri

05 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 35kv.m. olan mağazada plastmas materiallar 12kv.m. sahədə yanmışdır. Yanğın saat 10:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25kv.m. olan 1 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 16:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində giriş qapısının kilidinin sınması nəticəsində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının
4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Xaçmaz rayonu, Çiləgirdə kəndində (rayon mərkəzindən 11km aralı) ümumi sahəsi 104kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları 77kv.m. sahədə yanmışdır. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Narlı kəndində (rayon mərkəzindən 38km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən şəhərində ümumi sahəsi 160kv.m. olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı fərdi evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.