Geri

05 oktyabr 2010-cu il, saat 19:00-dək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində dəmiryolu xətti ilə kəsişdiyi ərazidə dəmiryolu qəzası baş vermişdir. Sumqayıt "Etilen-Polietilen" zavodu istiqamətində hərəkət edən qatarın benzolla dolu sonuncu 3 vaqonu relsdən çıxmışdır. Yanğın hadisəsi və benzolun ətrafa dağılması baş verməmişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir.
Geri

05 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 35kv.m. olan mağazada plastmas materiallar 12kv.m. sahədə yanmışdır. Yanğın saat 10:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:43-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25kv.m. olan 1 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 16:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində giriş qapısının kilidinin sınması nəticəsində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının
4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:32-də başa çatmışdır;

Xaçmaz rayonu, Çiləgirdə kəndində (rayon mərkəzindən 11km aralı) ümumi sahəsi 104kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları 77kv.m. sahədə yanmışdır. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Narlı kəndində (rayon mərkəzindən 38km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən şəhərində ümumi sahəsi 160kv.m. olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı fərdi evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.