Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:11-də başa çatmışdır;
Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Bununla da zərərçəkmişlərə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 20:15-də başa çatmışdır;
İsmayıllı rayonu, Buynuz kəndində (rayon mərkəzindən 26km aralı) ümumi sahəsi 153kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yaxınlıqdakı fərdi evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:24-də başa çatmışdır;
Zaqatala rayonu, Danaçı kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Yevlax rayonu, Salamobad kəndində vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tərtər rayonu, Bəyim Sarov kəndində (rayon mərkəzindən 16km aralı) ümumi sahəsi 117kv.m olan birmərtəbəli 5 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 25kv.m sahədə yanmışdır. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.