Geri

03 oktyabr 2010-cu il, saat 09:00-dək

Sabirabad rayonu, Minbaşı kəndində (rayon mərkəzindən 55km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus mal-qara bazarında ümumi sahəsi 36kv.m olan gözətçi otağının yanar konstruksiyaları 12kv.m sahədə yanmış, 2 nəfər yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:14-də başa çatmışdır.