Geri

26 oktyabr 2010-cu il, saat 17:00-dək

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ondördmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və zərərçəkmişlərin xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 13:26-da başa çatmışdır;
Geri

26 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42kv.m olan daş sexinin dam örtüyünün yanar konstruksiyaları 25kv.m sahədə yanmışdır. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 01:02-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən təsərrüfat malları bazarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Yanğın nəticəsində ümumi sahəsi 20000kv.m olan həmin bazarda piştaxtalar və polimer materiallar 4500kv.m sahədə yanmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, həmçinin, tüstüdən səhhətində nasazlıq yaranmış 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərmişlər. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 50kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmış, hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.