Geri

24 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda "Peugeot" və "VAZ" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü yaralanmış, "Peugeot" markalı minik avtomobilinin sürücüsü Elxan Pircanov həlak olmuşdur. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Pircanovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:39-da başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200kv.m olan fermanın beton konstruksiyadan ibarət dam örtüyünün izolyasiyası (ruberoid) və damına döşənmiş taxta konstruksiyaları 800kv.m sahədə yanmışdır. Yanğından fermanın dam örtüyünün qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 01:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90kv.m olan 4 otaqlı mənzilin mətbəxində əşyalar 8kv.m sahədə yanmış, yüksək temperaturdan mətbəxin və dəhlizin asma tavanı 28kv.m sahədə ərimişdir. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.