Geri

23 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər altımərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaşa xilasedicilər tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmiş və zərərçəkmiş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:43-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:02-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda onaltımərtəbəli yaşayış binasının şaxtasında 1-ci mərtəbədən 4-cü mərtəbəyə kimi kabellərin üzlüyünün 15p.m hissəsi yanmışdır. Yanğın saat 12:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı məlum olmuşdur. Əməliyyat saat 14:09-da başa çatmışdır;

Dənizin nəzarət olunan hissəsində balıqçı qayığına suyun dolması səbəbindən qayıqda olan şəxs batma təhlükəsi ilə üzləşmişdir. Hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qayıqda olan həmin şəxsi xilas etmişlər. Əməliyyat saat 14:20-də başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda neft və qaz-kondensat yatağında hazırda fəaliyyət göstərməyən özüldə 25kv.m sahədə taxta-şalban yanmışdır. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;      

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 56kv.m olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 16kv.m sahədə yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər binadan 10 nəfəri təxliyyə etmişlər. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 6kv.m olan  köşkün yanar konstruksiyaları və ona bitişik yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 21kv.m olan qarajda 5kv.m sahədə ev əşyaları yanmışdır. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində vətəndaşa məxsus 4 ton ot tayası yanmışdır. Yaxınlıqdakı tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsində olan 2 sərnişin həlak olmuş, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış, onu və həlak olmuş şəxslərin cəsədlərini aidiyyəti üzrə təhvil vermişlər. Hadisə yerində xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:20-də başa çatmışdır.