Geri

22 oktyabr 2010-cu il, saat 09:00-dək

Abşeron rayonu, Saray qəsəbəsində ümumi sahəsi 35kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 20kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 100kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda "ZİL" markalı yük və "OPEL" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, minik avtomobilin yanar hissələri, yük avtomobilinin isə mühərrikində elektrik avadanlıqları yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Sor-sor kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 16 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda yaşayış binalarından birində kəskin qaz iyinin gəlməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik tədbirləri çərçivəsində binada qaz və elektrik təchizatını dayandırmışlar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qaz sızması həmin binadakı mənzillərdən birində baş vermişdir. Xilasedicilər tərəfindən qeyd olunan mənzilin qapısının açılması üçün müvafiq şərait yaradılmışdır. Mənzilə baxış keçirilərkən sərxoş vəziyyətdə aşkarlanmış vətəndaşın yatdığı və qaz sobasının açıq qalması səbəbindən qaz sızmasının baş verdiyi müəyyənləşmişdir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 05:35-də başa çatmışdır.

Goranboy rayonu, Faxralı kəndində (rayon mərkəzindən 37km aralı) ümumi sahəsi 130kv.m olan quşçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları 31kv.m sahədə yanmışdır. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.