Geri

21 oktyabr 2010-cu il, saat 09:00-dək

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 15km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 32kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə və həmin tövlənin damına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Aşağı Seyidlər kəndində (rayon mərkəzindən 22km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 35kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 9kv.m. sahədə və həmin tövlənin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir şəhərində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 18kv.m. olan talvarın yanar konstruksiyaları 6kv.m. sahədə və həmin talvarın altında yığılmış 400kq ot bağlaması yanmışdır. Yanğın 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda onüçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin pilləkən qəfəsində 15kv.m. sahədə taxta qırıntıları və kağız taralar  yanmışdır. Yanğın 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "KamAZ" markalı yük avtomobili tuneldən keçmək istəyərkən avtomobilin qoşqusunda olan 20 tonluq çən aşmışdır. Nəticədə, çəndə olan dizel yanacağı ətrafa dağılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər və yanğınsöndürənlər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:47-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Lexus", "Toyota" və "Mercedes" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, həmin nəqliyyat vasitələrində olan 3 sərnişin xəsarətlər almış, hər üç nəqliyyat vasitəsinin sürücüləri isə yaralanaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücüləri avtomobillərdən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, digər yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:45-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 3 uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onüçmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:34-də başa çatmışdır.