Geri

02 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd sayğac yanmışdır. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 16km aralı) vətəndaşa məxsus bağda 0,5ha sahədə ağaclar və 1ha sahədə quru ot yanmışdır. Bağda olan digər ağaclar və yaxınlıqdakı bağ sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 14km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 32kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı tövlə və ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək pəncərədən mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:26-da başa çatmışdır;

Ağcabədi rayonu, Salmanbəyli kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan tövlənin çardağına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobildə olan 2 nəfər isə xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:59-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 60kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 45kv.m. sahədə yanmışdır. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan daş sexinin dam örtüyünün yanar konstruksiyaları və sexdə olan rezin qəliblər 25kv.m. sahədə yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onbeşmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsinin pilləkən qəfəsində 2 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 15-ci mərtəbəyə qədər kabel üzlüyünün 50p.m. hissəsi yanmışdır. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Nizami rayonunda ondördmərtəbəli yaşayış binasının
11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 161kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 26kv.m. sahədə yanmış, ev sahibi isə yanıq xəsarətləri almışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər ev sahibini və onun həyat yoldaşını xilas etmiş, yuxarı mərtəbələrdən isə 14 nəfər vətəndaşı təxliyyə etmişlər. Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36kv.m. olan bilyard zalının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanmışdır. Bilyard zalına bitişik yerləşən mağaza və köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.