Geri

19 oktyabr 2010-cu il, saat 10:00-dək

Samux rayonu, Sərkər kəndində (rayon mərkəzindən 7km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 72kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 48kv.m. sahədə və həmin tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 00:58-də başa çatmışdır;

19 oktyabr 2010-cu il tarixində saat 05:00 radələrində "Yaxt Klub" ərazisində batdığı bildirilən şəxsin axtarışları başa çatdırılmışdır. Qazaxısan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Seyitmuratov Dastan Muratoviçin cəsədi həmin gün saat 09:10-da qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.