Geri

19 oktyabr 2010-cu il, saat 17:25-dək

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 15kv.m sahədə yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Dağkəsəmənli kəndində (rayon mərkəzindən 8km aralı) fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanmışdır. Həyətyanı sahədə yerləşən ev və tövlə yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Böyük Əmili kəndində Qəbələ-Ağdaş avtomobil yolunun 5-7-ci kilometrliyində "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı nəqliyyat vasitəsində olan 2 sərnişin və "Mercedes" markalı avtomobilin sürücüsü yaralanmış, "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü 1983-cü il təvəllüdlü Qasımov Anar Əlisahib oğlu həlak olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış A.Qasımovun cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:15-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda onaltımərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:30-da başa çatmışdır.

Geri

19 oktyabr 2010-cu il, saat 10:00-dək

Samux rayonu, Sərkər kəndində (rayon mərkəzindən 7km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 72kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 48kv.m. sahədə və həmin tövlənin damına yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 00:58-də başa çatmışdır;

19 oktyabr 2010-cu il tarixində saat 05:00 radələrində "Yaxt Klub" ərazisində batdığı bildirilən şəxsin axtarışları başa çatdırılmışdır. Qazaxısan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Seyitmuratov Dastan Muratoviçin cəsədi həmin gün saat 09:10-da qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.