Geri

18 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər tərəfindən zərərçəkmişə ilkin tibbi yardım göstərildikdən sonra vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:37-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən sonuncu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 2-ci mərtəbəyə endirmiş və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:49-da başa çatmışdır;

Biləsuvar rayonu, Xırmandalı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və həmin tikilinin içərisinə yığılmış 27 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.