Geri

17 oktyabr 2010-cu il, saat 09:00-dək

Göygöl rayonu, Göyçə kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot tayası yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, İmirli kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1,2 ton ot tayası yanmışdır. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Otuziki kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə pəncərənin dəmir barmaqlıqlarını kəsərək daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır;

Bakı şəhəri, Xəzər rayonunda "BMW" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, "BMW" markalı avtomobilin yanar hissələri yanmış, "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər həlak olmuşdur. Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı "BMW" markalı nəqliyyat vasitəsinin içərisində 2 insan cəsədi aşkarlanmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:55-də başa çatmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Qazax şəhərində ümumi sahəsi 160kv.m olan dülgər sexində tavanın yanar konstruksiyaları 56kv.m sahədə yanmışdır. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.