Geri

16 oktyabr 2010-cu il, saat 13:55-dək

Şəmkir şəhərində vətəndaşa ümumi sahəsi 50kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:10-da başa çatmışdır.

Geri

16 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 70kv.m olan 3 otaqlı fərdi evdə ev əşyaları 20kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın ev sahibi tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 140kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40kv.m sahədə yanmışdır. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:28-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da zərərçəkmişlərə xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 20:28-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:51-də başa çatmışdır;

Lənkəran rayonu, Girdəni kəndində azyaşlı uşağın əli elektrik ət maşınının içərisində sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ət maşınını kəsərək uşağın əlini detalın içərisindən çıxarmışlar. Əməliyyat saat 00:55-də başa çatmışdır;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan əczaxanada dərman preparatları 5kv.m sahədə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.