Geri

15 oktyabr 2010-cu il, saat 09:00-dək

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120kv.m olan 3 otaqlı mənzilin mətbəxində 6kv.m sahədə mətbəx mebeli yanmışdır. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs müstəqil şəkildə giriş qapısını açmaq iqtidarında deyil. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Bununla da xilasedicilər tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 23:54-də başa çatmışdır.