Geri

14 oktyabr 2010-cu il, saat 09:00-dək

Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 21kv.m olan köməkçi tikilinin tavanının yanar konstruksiyaları 15kv.m sahədə yanmışdır. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Padar kəndində (rayon mərkəzindən 20km aralı) ümumi sahəsi 130kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət fərdi evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80kv.m olan anbarın içərisində avtomobil ehtiyat hissələri 45kv.m sahədə yanmışdır. Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 6kv.m olan köşkün üzlüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.