Geri

13 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı məlum olmuşdur. Əməliyyat saat 14:15-də başa çatmışdır;

11 oktyabr 2010-cu il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində hərbi sursatların aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 2 ədəd 85mm və 3 ədəd 120mm döyüş başlığı olmayan top mərmiləri olduğu müəyyən edilmişdir. 12 oktyabr 2010-cu il tarixində saat 14:40-da qeyd olunan mərmilər Nazirliyin mütəxəssislərinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mütəxəssislərinin iştirakı ilə müvafiq ayrılmış yerdə süni partlama yolu ilə məhv edilmişdir.

Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 5km aralı) ümumi sahəsi 144kv.m olan ikimərtəbəli 7 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 20kv.m sahədə yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ondördmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:25-də başa çatmışdır;

Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:57-də başa çatmışdır;

Ağcabədi rayonu, Ağabəyli kəndində (rayon mərkəzindən 10km aralı) ayrı-ayrı vətəndaşlara məxsus 2 həyətyanı sahədə 2 ton və 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Kortala kəndində (rayon mərkəzindən 20km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 90kv.m olan tövlənin yanar konstruksiyaları və həmin tövlənin damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Muradalılı kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində mərkəzi bazarda 5 ədəd piştaxta 50kv.m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 20kv.m olan çayxananın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ticarət obyektləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.