Geri

12 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 200kv.m olan quşçuluq fermasına bitişik tikilmiş köməkçi otaq əşyalarla birlikdə 20kv.m sahədə yanmışdır. Ferma yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qara Təpə kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15kv.m. olan tövlənin yanar konstruksiyaları tamamilə yanmış, hadisə zamanı tövlədə olan 18 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Yaxınlıqdakı tikililər yanğından mühafizə olmuşdur. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.