Geri

11 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda onyeddimərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:38-də başa çatmışdır;

İmişli şəhərində ümumi sahəsi 54kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 16kv.m sahədə yanmışdır. Yanğın saat 17:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 50kv.m olan tövlənin çardağının yanar konstruksiyalı 20kv.m sahədə və çardağa yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğınsöndürənlər tərəfindən hadisə zamanı tövlədə olan 30 baş ev quşu xilas edilmiş, yaxınlıqda yerləşən fərdi ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 00:28-də başa çatmışdır.