Geri

10 oktyabr 2010-cu il, saat 09:00-dək

Kürdəmir şəhərində ümumi sahəsi 40kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evdə 1 otağın yanar konstruksiyaları 25kv.m sahədə yanmışdır. Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda onmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:22-də başa çatmışdır.