Geri

01 oktyabr 2010-cu il, saat 16:50-dək

Biləsuvar rayonu, Bağbanlı kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25kv.m. sahədə və həmin tövlənin çardağına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Qayıdış 3 qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Düz Qırıxlı kəndində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ətrafında 2ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Neft kəməri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

01 oktyabr 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda "MAZ" markalı yükqaldırıcı kran avtomobilinin təkərləri yanmışdır. Yanğın saat 10:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda onaltımərtəbəli yaşayış binasının liftində
3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:23-də başa çatmışdır.