Geri

29 avqust 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə 7-ci mərtəbədən enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1949-cu il təvəllüdlü Səməd Məmməd oğlu Qarayev oturacaqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə nəticəsində S.Qarayevin vəfat etdiyi müəyyən edilmişdir. Onun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:00-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda, ümumi sahəsi 600 kv.m. olan restoranda çardağın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.