Geri

09 Mart 2009-cu il, saat 19:00-dək

14:30. Daxil olmuş məlumata əsasən, saat 10:00-dan başlayan güclü külək nəticəsində Gədəbəy rayonunun ayrı-ayrı kəndlərində bir çox evlərin dam örtüyü zədələnmişdir. Rayonun Gərgər kəndində fərdi yaşayış evinin divarının uçması nəticəsində həmin vaxt evdə olan ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Xəstəxanaya çatdırılmış yaralıların vəziyyətinin orta-kafi olduğu bildirilir. Eyni zamanda 200-ə yaxın elektrik və 100-ə yaxın telefon dirəyi aşmışdır.

Oxşar hava şəraiti Gəncə və Mingəçevir şəhərləri, həmçinin Ağstafa, Daşkəsən, Yevlax, Lerik və Lənkəran rayonlarında da müşahidə olunmuşdur. Aidiyyəti xidmətlər təbii fəlakətin nətiəclərinin aradan qaldırılması üçün müvafiq işlər görür, rayon fövqəladə hallar komissiyaları tərəfindən yerlərdə dəymiş ziyan müəyyənləşdirilir;   

15:20. Ağdaş rayonunda, Ağdaş rayon avtovağzalının ərazisində kol-kos 200 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15:50. Sumqayıt şəhərində 2 qadının məişət qazının dolduğu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər 5 mərtəbəli yaşayış binasının damından 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş, qapı və pəncərələri açaraq otaqların havalandırılmasına şərait yaratmış, habelə digər müvafiq təhlükəsizlik tədbirləri görməklə baş verə biləcək partlayışın qarşısını almışlar. Mənzilə baxış keçirilərkən qadınlar döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər və hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimlərinin köməkliyi ilə qadınlardan birinin həyatını xilas etmək mümkün olmuşdur. Digər şəxs - 1937-ci il təvəllüdlü Qönçə Halay qızı Musayevanın cəsədi xilasedicilər tərəfindən hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. Xilasetmə əməliyyatı saat 17:20-də başa çatmışdır.

15:52. Göyçay rayonunda Ləkcilpaq kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos 2 ha. sahədə yanmışdır. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16:35. Yardımlı rayonunda, ümumi sahəsi 135 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin tavanının 3 kv.m. sahəsi yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına sobanın bacasının həddən artıq qızması səbəb olmuşdur;

Geri

09 Mart 2009-cu il, saat 14:00-dək

04:23. Bakı-Sumqayıt yolunun 4-cü km. "VAZ 2107" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılmış və deformasiyaya uğramışdır. Nəticədə sürücü - 1985-ci il təvəllüdlü Pərviz Fəxrəddin oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həlak olmuş, 1 sərnişin yaralanaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıq vasitəsilə P.Məmmədovun cəsədini və yaralını deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 05:11-də başa çatmışdır;

12:50. Quba rayonunda, həyətyanı sahədə yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:45. Daşkəsən rayonunda, həyətyanı sahədə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;