Geri

08 Mart 2009-cu il, saat 19:00-dək

14:50. Bakı şəhəri, Qaradağ rayonu, "Lökbatan" sularda xilasetmə məntəqəsinin ərazisində naməlum kişi meyitinin aşkarlanması barədə məlumat daxil olmuşdur. Cəsəd xilasedicilər tərəfindən sudan çıxarılaraq, hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. İlkin araşdırmalar zamanı məlum olmuşdur ki, həmin cəsəd itkin düşmüş kimi axtarışda olan 1957-ci il təvəllüdlü Vidadi Müzəffər oğlu Əliyevə məxsusdur;

15:45. Ağcabədi rayonunda, Ağcabədi rayon qəbirstanlığının çəpərinin 20 p.m. yanmışdır. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

08 Mart 2009-cu il, saat 14:00-dək

11:02. Bərdə rayonunda ümumi sahəsi 96 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 48 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:24. Bakı şəhəri, Xətai rayonunda, mənzilin qapısının təsadüfən kilidlənəsi nəticəsində azyaşlı bir uşağın içəridə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər yaşayış binasının 4-cü mərtəbəsindən 3-cü mərtəbəyə enərək içəri daxil olmuş, giriş qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan körpəni valideynlərinə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 12:52-də başa çatmışdır;

13:00. Bakı şəhəri, Əzizbəyov rayonu ərazisində, fərdi yaşayış evindin həyətində ümumi sahəsi 25 kv.m. olan saunanın asma tavanının 10 kv.m. sahəsi yanmışdır. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Geri

08 Mart 2009-cu il, saat 09:00-dək

01:50. Qusar rayonunda ümumi sahəsi 49 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

04:24. Saatlı rayonunda, sənaye müəssisəsinə məxsus ərazidə ümumi sahəsi 16 kv.m. olan gözətçi köşkün dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

06:22. Göygöl  rayonunda ümumi sahəsi 30 kv.m. olan  tövlənin çardağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanmışdır. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına odun sobasının bacasının həddən artıq qızması səbəb olmuşdur;