Geri

11 Mart 2009-cu il, saat 09:00-dək

04:25. Masallı rayonunda, "Hyundai Tucson" markalı minik avtomobilinin salonu yanmışdır. Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

06:34. İmişli rayonunda ümumi sahəsi 5000 kv.m. olan İmişli Şəkər Zavodunun 1-ci xam şəkər anbarının zirzəmisində, uzunluğu 110 metr olan tuneldə yerləşən elevator qurğusunun transportyor lentinin 220 p.m. və həmin qurğunun təkərləri yanmışdır. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

07:31. Bakı şəhəri, Binəqədi rayonunda, ümumi sahəsi 1 mərtəbəli fərdi yaşayış evinin tavanının 1 kv.m. sahəsi yanmışdır. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

08:42. Yardımlı rayonunda ümumi sahəsi 497 kv.m. olan Arus kənd orta məktəbinin yerləşdiyi 1 mərtəbəli binanın yanar konstruksiyaları əşyalarla birlikdə yanmışdır. Məktəbdə yerləşən seçki məntəqəsinin avadanlıqları yanğından qismən mühafizə olunmuşdur. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;