Geri

10 Mart 2009-cu il, saat 09:00-dək

01:03. Göyçay rayonunda, Şıxbəy kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos 0,1 ha. sahədə yanmışdır. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

05:50. Tərtər rayonunda, ümumi sahəsi 320 kv.m. olan anbarın dam örtüyünün yanar konstruksiyaları 64 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

06:05. Şəmkir rayonunda 1 ədəd elektrik dirəyi yanmışdır. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur;

08:08. Göyçay rayonunda ümumi sahəsi 80 kv.m. olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin tavanının 9 kv.m. sahəsi yanmışdır. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;