Geri

09 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 35 kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər onaltımərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Onlar xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qapısını açmaqla zərərçəkmişlərə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 03:14-də başa çatmışdır;

6-8 dekabr 2009-cu il tarixlərində Lənkəran rayonuna yağan fasiləsiz yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalmışdır. Hazırda aidiyyəti xidmətlər tərəfindən yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlər görülür.