Geri

08 dekabr 2009-cu il saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 80 kv.m. olan 3 otaqlı mənzilin  yanar konstruksiyaları 10 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını çöl tərəfdən açmış və orada nəzarətsiz olan azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:05-də başa çatmışdır;

Xaçmaz rayonu, Bostançı kəndində ümumi sahəsi 132 kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 45 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını çöl tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1946-cı il təvəllüdlü Novruz Əli oğlu Əliyev döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə nəticəsində Ə.Novruzovun vəfat etdiyi müəyyən edilmişdir. Əməliyyat saat 15:13-də başa çatmışdır;  

Sumqayıt şəhərində ruhi xəstə olan bir nəfər giriş qapısının kilidində yaranmış nasazlıq səbəbindən mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin qapısını çöl tərəfdən açmış və zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:15-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 180 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində dam örtüyünün yanar konstruksiyaları 100 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Pirkənd kəndində ümumi sahəsi 270 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda "VAZ", "Nissan" və "QAZ" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, "VAZ" markalı minik avtomobilinin sürücüsü Qabil Mirnizam oğlu Məmmədov həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış, bir neçə nəfər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Q.Məmmədovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısının alınması məqsədilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:16-da başa çatmışdır;

Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m. olan məişət avadanlıqlarının təmiri sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 01:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 03:26-da başa çatmışdır.