Geri

07 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində elektrik paylayıcısı tamamilə və elektrik kabelinin 1 p.m. hissəsi yanmışdır. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmaqla zərərçəkmişlərə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 22:08-də başa çatmışdır;

Balakən rayonu, Katex kəndində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 75 kv.m. olan köməkçi tikilidə dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə və dama yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən zərərçəkmişlərdən biri yataqda xəstə vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər hər iki vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:31-də başa çatmışdır.