Geri

06 dekabr 2009-cu il, saat 09:00-dək

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 5 dekabr 2009-cu il tarixində Bakı vaxtı ilə saat 12:38-də Mingəçevir şəhərindən 20km şimal-qərbdə zəlzələ qeydə alınmışdır. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,0 bal təşkil etmişdir. Mingəçevir şəhərində zəlzələ 3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmamışdır;

Füzuli  rayonu, Bala Bəhmənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m. olan tikilinin yanar konstruksiyaları 104 kv.m. sahədə yanmışdır. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Barlı kəndində ümumi sahəsi 156 kv.m. olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 56 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 75 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 14 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik kabelinin üzlüyü 20 p.m. uzunluqda yanmışdır. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində 10 ədəd elektrik sayğacı yanmışdır. Yanğın saat 02:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Cəfərxanlı kəndində ümumi sahəsi 144 kv.m. olan ikimərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.