Geri

04 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus 165 saylı orta məktəbdə sinif otaqlarının birində yanğın baş vermişdir. Nəticədə, ümumi sahəsi 280 kv.m. olan üçmərtəbəli məktəb binasında dam örtüyünün yanar konstruksiyaları 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1940-cı il təvəllüdlü Hikmət İsmayıl oğlu Əhmədov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə nəticəsində H.Əhmədovun vəfat etdiyi müəyyən edilmişdir. Əməliyyat saat 13:34-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda Təhsil Nazirliyinə məxsus 134 saylı orta məktəbdə uçqun baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, təmir işləri aparılarkən məktəbin 2-ci mərtəbəsində ümumi sahəsi, təxminən, 30-40 kv.m. olan beton tökmək üçün hazırlanmış taxta qəlib uçmuşdur. Xilasedicilər hadisə yerinə baxış keçirmiş və uçqun altında zərərçəkmişlərin olmadığını müəyyən etmişlər. Əməliyyat saat 15:58-də başa çatmışdır. İlkin ehtimala görə, qəlib ağırlıq nəticəsində uçmuşdur;

Sumqayıt şəhərində Təhsil Nazirliyinə məxsus 27 saylı orta məktəbdə ümumi sahəsi 80 kv.m. olan yeməkxanada 2 ədəd taxtadan ibarət masa və üzərində olan kağız məmulatları 5 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində quraşdırılmış elektrik paylayıcısı tamamilə və elektrik kabelinin 5 p.m. hissəsi yanmışdır. Yanğın saat 19:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Ucar rayonu, Bağırbəyli kəndi ərazisində Bakı-Gürcüstan istiqamətində hərəkət edən 2108 saylı yük qatarına qoşulmuş 401 nömrəli elektrovozun mühərriki yanmışdır. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Elektrovozun qalan hissəsi və çənlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğının səbəbi araşdırılır;

Biləsuvar şəhərində ümumi sahəsi 220 kv.m. olan rayon məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 110 kv.m. sahədə yanmışdır. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 150 kv.m. olan avtomobillərin texniki xidmət servisinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m. sahədə yanmışdır. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən binanın 5-ci mərtəbəsində dayanmışdır. Xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldıraraq qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:23-də başa çatmışdır.