Geri

24 dekabr 2009-cu il saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda yolun kənarında 8 ədəd şam ağacı qismən yanmışdır. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda yerləşən ticarət mərkəzinin 5-ci mərtəbəsində təmirdə olan ümumi sahəsi 300kv.m. təşkil edən otaqda taxta materialları 7kv.m. sahədə yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 20kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 00:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 40kv.m. olan 1 otaqlı mənzildə eyvanın və mətbəxin yanar konstruksiyaları 20kv.m. sahədə yanmış, yüksək temperaturdan qonşu mənzilin eyvanında pəncərə şüşələri qırılmışdır. Yanğın saat 00:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.