Geri

02 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:57-də başa çatmışdır;

Şəki rayonu, Dəhnə kəndində ümumi sahəsi 115 kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonunun mərkəzində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri və texnikasının köməkliyi ilə qeyd edilən ərazilər qrunt sularından təmizlənmişdir;   

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m. olan 4 otaqlı mənzildə otaqların birində partlayış baş vermişdir. Nəticədə, həmin otağın pəncərəsi çərçivədən çıxmış, divarların suvağı tökülmüşdür. Yanğın hadisəsi və xəsarət alan olmamışdır. Yanğınsöndürənlər hadisə yerinə baxış keçirmişlər. Əməliyyat saat 20:55-də başa çatmışdır. İlkin olaraq, partlayışa döşəməyə vurulmuş lakdan ayrılmış qazların səbəb olduğu bildirilir;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan mənzilin qapısını açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən edilmişdir. Əməliyyat saat 23:48-də başa çatmışdır;

Dəvəçi rayonu, Liman kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus ovçuluq təsərrüfatının ümumi sahəsi 140 kv.m. olan birmərtəbəli inzibati binasının yanar konstruksiyaları və içərisindəki əşyalar ümumilikdə 21 kv.m. sahədə yanmışdır. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.