Geri

11 dekabr 2009-cu il, saat 09:00-dək

Şəki rayonu, Köndələn kəndində ümumi sahəsi 60 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 10:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 80 kv.m. olan mənzildə dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy şəhərində ümumi sahəsi 48 kv.m. olan 3 otaqlı mənzilin mətbəxində  partlayış baş vermişdir. Nəticədə, mətbəxin qapı və pəncərəsi dağılmışdır. Yanğın hadisəsi və xəsarət alan olmamışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur;

İsmayıllı rayonu, Qalıncaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 15 kv.m. sahədə və içərisinə yığılmış 100 kq ot bağlaması yanmışdır. Hadisə anında tövlədə olan 5 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Birinci Şahsevən kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmış, sürücü və 1 sərnişin müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğına avtomobil qəzası səbəb olmuşdur;

Bakı şəhəri, Səbail rayonunda ev heyvanını xilas etmək məqsədilə suya atılan 2 nəfər dənizdə batma təhlükəsi ilə üzləşmişdir. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər həmin 2 nəfəri və ev heyvanını xilas etmişlər. Əməliyyat saat 00:05-də başa çatmışdır;

Kürdəmir şəhərində uşaq bağçasının yerləşdiyi ümumi sahəsi 400 kv.m. olan ikimərtəbəli binanın yanar konstruksiyaları 13 kv.m. sahədə yanmışdır. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.