Geri

10 dekabr 2009-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində fərdi yaşayış evində partlayış baş vermişdir. Nəticədə, hadisə anında mənzildə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya yerləşdirilmişdir. İlkin ehtimala görə, hadisəyə qaz balonunun partlaması səbəb olmuşdur; 

Sumqayıt şəhərində 1 nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər batmaqda olan vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:20-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:12-də başa çatmışdır;

Masallı rayonu, Banbaşı kəndində ümumi sahəsi 320 kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Salahlı kəndində ümumi sahəsi 39 kv.m. olan 4 otaqlı fərdi yaşayış evində dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanmışdır.  Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini  qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldıraraq qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:42-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda istifadəsiz olan doqquzmərtəbəli yataqxana binasının 8-ci və 9-cu mərtəbələrində yanar konstruksiyalar ümumilikdə 300 kv.m. sahədə yanmışdır. Hadisə anında binada olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Yanğın saat 20:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldıraraq qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:38-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin damında ümumi sahəsi 30 kv.m. olan əlavə tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan şəhərində ümumi sahəsi 510 kv.m. olan üçmərtəbəli 17 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları 164 kv.m. sahədə yanmışdır. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Sor Sor kəndində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 45 kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 kv.m. sahədə yanmışdır. Yanğın saat 05:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.