Geri
05 Oktyabr 2009-cu il, saat 00:00
Bakı şəhəri, Səbail rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı və 7-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə lifti 5-ci mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:01-də başa çatmışdır;
Geri
05 Oktyabr 2009-cu il, saat 19:00
Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan mənzilin qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan körpəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:23-də başa çatmışdır;
Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 70 kv.m. sahədə və çardağa yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Geri
05 Oktyabr 2009-cu il, saat 09:00
Ağsu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m. olan talvarın yanar konstruksiyaları 32 kv.m. sahədə və həmin talvarın altına yığılmış 1,5 ton ot bağlaması yanmış, 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olmuşdur. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.