Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan mənzilin qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan körpəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:23-də başa çatmışdır;
Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 70 kv.m. sahədə və çardağa yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;