Geri

04 Oktyabr 2009-cu il, saat 14:00-dək

Lənkəran rayonunda ümumi sahəsi 120 kv.m. olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 60 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Geri

04 Oktyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" və "Chevrolet-NİVA" markalı iki minik  avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Xəsarət almış şəxslər xəstəxanaya çatdırılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:18-də başa çatmışdır;

Zaqatala rayonunda, fərdi yaşayış evinin həyətində ümumi sahəsi 35 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonunda, həyətyanı sahədə 20 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonunda Mədəniyyət evinin yerləşdiyi ümumi sahəsi 360 kv.m. olan 1 mərtəbəli 10 otaqlı binanın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.