Geri

03 Oktyabr 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarında dayanmış "VAZ" markalı minik avtomobilinə, daha sonra isə işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, hər iki nəqliyyat vasitəsi və dirək deformasiyaya uğramış, sürücü yaralanaraq qəzaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər zərərçəkmişi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində  müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:31-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı milli parkın ərazisində 1 nəfər ehtiyatsızlıqdan dənizə düşmüşdür. Xilasedicilər həmin şəxsi sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Xilas olunan şəxsin hadisə zamanı sərxoş olduğu bildirilir. Əməliyyat saat 21:45-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə qeyd olunan mənzilin qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 00:28-də başa çatmışdır;

Sabirabad rayonunda yerli şirkətlərdən birinə məxsus ümumi sahəsi 175 kv.m. olan inzibati binanın dam örtüyünün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 60 kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 Oktyabr 2009-cu il, saat 19:00-dək

Ucar rayonunda yol-nəqliyyat qəzası nəticəsində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmış, sürücü xəsarət almışdır. Yaralı xəstəxanaya catdırılmışdır. Yanğın saat 10:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan mənzilin qapısını açmışlar. Bağlı qapı arxasında qalmış şəxs mənzildə xəstə vəziyyətində aşkarlanmışdır. Zərərçəkmişə müvafiq yardım göstərilmişdir. Əməliyyat saat 17:08-də başa çatmışdır;