Abşeron rayonunda ümumi sahəsi 105 kv.m. olan Cümə məscidində əşyalar 50 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 32 kv.m. olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 24 kv.m. sahədə yanmış, ev sahibi yanıq xəsarətləri almışdır. Yaralı xəstəxanaya yerləşdirilmişdir. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonunda ümumi sahəsi 200 kv.m. olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evində tavanın yanar konstruksiyaları 49 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun "28 may" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər həmin vaxt stansiyada və onun yaxınlığındakı insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etmiş, daha sonra Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə qeyd olunan ünvanda axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində stansiyada, habelə onun ətrafında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 20:38-də başa çatmışdır. Faktla əlaqədar araşdırma aparılır;
Bakı şəhəri, Əzizbəyov rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya yerləşdirilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:10-da başa çatmışdır;
Bakı şəhəri, Xətai rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən həmin mənzilin qapısını açmış və zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 01:12-də başa çatmışdır;
Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilən zaman qeyd olunan şəxs xəstə vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:00-da başa çatmışdır.