Geri

02 Oktyabr 2009-cu il, saat 00:00-dək

İsmayıllı rayonunda ümumi sahəsi 216 kv.m. olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş, giriş qapısını açmaqla zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 20:26-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda 2 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş, giriş qapısını açmaqla zərərçəkmişlərə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 23:33-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlardan istifadə edərək liftin qapılarını açıb, zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:38-də başa çatmışdır.

Geri

02 Oktyabr 2009-cu il, saat 19:00-dək

Zaqatala rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 64 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması tamamilə yanmışdır. 1 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 1 yaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən bu mənzilin eyvanına pilləkən qəfəsinin pəncərəsindən daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə olan körpəni valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 17:34-də başa çatmışdır; 

Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş, xüsusi alətlər vasitəsi ilə giriş qapısını açmaqla zərərçəkmişlərə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 17:46-da başa çatmışdır;