Zaqatala rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 64 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması tamamilə yanmışdır. 1 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nərimanov rayonunda 1 yaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən bu mənzilin eyvanına pilləkən qəfəsinin pəncərəsindən daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə olan körpəni valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 17:34-də başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda 3 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş, xüsusi alətlər vasitəsi ilə giriş qapısını açmaqla zərərçəkmişlərə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 17:46-da başa çatmışdır;