Geri

16 Oktyabr 2009-cu il, saat 09:00

Bakı şəhəri, Xətai rayonunda 3 nəfər azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə gərgin psixoloji vəziyyətdə olan körpələri aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:41-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda 2 ədəd "VAZ" və 1 ədəd "Daewoo" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, həmin avtomobillərdə olan insanlar yaralanmışlar. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:33-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə lifti 9-cu mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:45-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda  beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20m2 olan 1 otaqlı mənzilin mətbəxində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, həmin mənzildə pəncərə şüşələri qırılmış, hadisə zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bir nəfər ehtiyatsızlıqdan dənizdə, xilasetmə məntəqəsindən 300m aralıda batma təhlükəsi ilə üzləşmişdir. Zərərçəkmiş xilasedicilər tərəfindən sudan çıxarılmışdır. Əməliyyat saat 00:30-da başa çatmışdır.