Geri

14 Oktyabr 2009-cu il, saat 09:00

Mingəçevir şəhərində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 6 kv.m. olan köşkün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda ümumi sahəsi 200 kv.m. olan 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 90 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 17 kv.m. olan kafedə tavanın yanar konstruksiyaları və divar üzlüyü 6 kv.m. sahədə yanmışdır. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.